Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Qəbələ" doğma meydanda "Turan Tovuz"la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb.

Lider "Qarabağ" isə "Səbail"in qonağı olub. Ağdam təmsilçisi səfərdə darmadağına sevinib.

Xatırladaq ki, ilk oyun günündə "Sumqayıt" "Sabah"a evdə (0:6), "Şamaxı" isə "Neftçi"yə səfərdə (0:3) böyük hesabla uduzub. Tura sabah keçiriləcək "Zirə" – "Kəpəz" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XVIII tur
24 dekabr

"Qəbələ" – "Turan Tovuz" 0:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. ürfan Abbasov (k), 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 27. Məqsəd İsayev, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

"Səbail" – "Qarabağ" 0:3
Qol: Ramil Şeydayev, 61. Musa Qurbanlı, 82. Abdullah Zubir, 88.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev.
"ASCO Arena", 17:30.

Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Mahmud Qurbanov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest