"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 18-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:6 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 18-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:6 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"İli yaxşı bitirmək istəyirdik. Ardıcıl qələbələrdən sonra təhlükə var idi. Amma belə məğlubiyyət gözləmirdim. "Sabah" daha əvvəl oynadığımız rəqiblərdən fərqlənir. Digərləri bizim gücümüzə görə olmuşdu. "Sabah" buraxdığımız səhvləri bağışlamadı. Uduzmağımızın səbəbi qlobaldır. Tez fikirləşməkdə, qərar verməkdə gecikdik. Bu, bizim bəlamızdır və oyunçuların keyfiyyətindən asılıdır".
 
O, meydana 4 müdafiəçi ilə çıxmalarının səbəbini də açıqlayıb: "Son matçlarda bu cür oynayırdıq. Buna görə sistemi dəyişmək istəmədik. Biz çempionatımızın nə qədər yaxşı olduğunu deyirik. Amma gördüyümüz şeylər vizualdır. Oyunçuların verdikləri qərarları görə bilmirik. Qol buraxdığımız epizodlara baxanda, fərdi səhvləri, düzgün qərar verilməməsinin nəticəsini görürük. Qərarlarda olan yanlışlıq tək bizdə deyil, digər klublarda da var. Oyuna girib sürəti artıra biləcək futbolçularımız yoxdur. Rüfət Abdullazadəni meydana buraxdım, nə dəyişdi? Sürət artmadı".
 
Abasov Todor Todoroskinin ehtiyatda qalmasının səbəbi barədə danışmaq istəməyib: "Səbəblər var və açıqlamaq istəmirəm. özümüzdə qalsın".
 
Mütəxəssis yeni transfer Terrens Tisdellin durumuna da toxunub: "Fasilədə burada qalıb məşq edəcək və formaya düşməsi üçün çalışacaq. Yaxşı görünür, lakin yenə də necə olduğu meydanda bilinəcək".
 
O, qış fasiləsində komandanı tərk edən futbolçuların olacağını istisna etməyib: "Qara siyahı" hazırdır. Amma hər şey yeni gələnlərdən asılı olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest