"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 18-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 18-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Neftçi"nin oyunu göz qabağındadır. Birinci hissədə qol imkanlarımız var idi. Sadəcə olaraq yararlana bilmədik. "Neftçi" təcrübəsindən istifadə edib qol vurdu. İkinci hissədə rəqib çox üstün oyun nümayiş etdirdi. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. Bu, bizim ikinci dövrədə ikinci məğlubiyyətimizdir. Futbolçularımızla fəxr edirik. Hər zaman onların arxasında dayanmışıq. İkinci hissədə çox önə atıldıq. Qol vurmaq istəyirdik. İtkilərimiz də var idi. Birinci hissədə Qurban Səfərov sarı vərəqə aldığına görə risk etmədik, onu əvəzlədik. Gəncdir, qırmızı vərəqə alıb həvəsdən düşə bilərdi. Həmin mövqeni doldura bilmədik. ümumi olaraq da boşluqlar verdik. Elvin Məmmədovun yoxluğu oyunumuza təsir göstərir. Bir neçə mövqedə problemlərimiz var. Gənc oyunçular axtarırıq. İşimiz gəncləri inkişaf etdirməkdir. Biz bir-iki nəfərdən formalaşmamışıq. Amma Elvin Məmmədovla Adil Nağıyev kimi təcrübəli futbolçuların olmağı bizim üstünlüyümüzdür".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest