"Sabah"ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimə edilib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Kəpəz" – "Sabah"   oyununda "Sabah"ın oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub, 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb, klubu 3200 manat cərimə edilib.
 
"Sabah"ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimə edilib.
 
"Turan Tovuz"  – "Neftçi" oyununda "Neftçi"nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest