Futbol üzrə Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "Oltenia TV" məlumat yayıb.

Futbol üzrə Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "Oltenia TV" məlumat yayıb.
 
30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Universitatya" (Krayova) klubuna keçmək ehtimalı var. İddiaya görə, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "ağ-qaralar"dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu da özü ilə aparmağı planlaşdırır. "Universitatya"nın Mahmudovu azad agent kimi heyətinə cəlb edə biləcəyi vurğulanıb.
 
Xatırladaq ki, Laurentsiu Regekampf 2021/22 mövsümündə "Universitatya"da işləyib. Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest