Bu gün Misli Premyer Liqasında XVII tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Paytaxt təmsilçisi çətin səfərdə tək qolla 3 vacib xal qazanıb.

Xatırladaq ki, turun əvvəl keçirilmiş oyunlarında "Qarabağ" "Qəbələ"yə (1:0), "Sumqayıt" isə "Səbail"ə (2:0) qalib gəlib, "Şamaxı" – "Zirə" (0:0) və "Kəpəz" – "Sabah" (2:2) matçlarında heç-heçə qeydə alınıb.

Misli Premyer Liqası
XVII tur
15 dekabr

"Turan Tovuz" – "Neftçi" 0:1
Qol: E.Mahmudov, 73-pen.
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu, 14:30.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. ömər Buludov, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanski, 92. ömər Qurbanov, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest