"Qəbələ" bu gün Misli Premyer Liqasının XI turunda "Kəpəz"lə üz-üzə gələcək. Matc.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.
 
Bu, iki komanda arasında 22-ci duel olacaq. Rəqiblər indiyədək 21 dəfə qarşılaşıb. Bu oyunların hamısı Premyer Liqa çərçivəsində keçirilib.
 
Hesabında 10 qələbə olan "Qəbələ" 5 heç-heçə edib və 6 dəfə uduzub. "Qırmızı-qaralar" top fərqində də öndədir – 28-16. "Kəpəz"lə görüşlərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.
 
11-ci dəfə "Kəpəz"i qəbul edəcək "Qəbələ" evdə 6 dəfə qalib gəlibsə, 2 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. öz meydanında 14 qol vuran "Qəbələ" futbolçuları öz qapısından 6 top buraxıb
 
"Qırmızı-qaralar" son 4 qarşılaşmada qələbə əldə edib. Ardıcıl üç oyunda qol buraxmayan komandanın son iki qələbəsi böyük hesabla olub.
 
Qəbələ şəhər stadionunda baş tutacaq "Qəbələ" - "Kəpəz" matçına saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest