Misli Premyer Liqasında XI turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Qəbələ" doğma meydanda "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün digər oyununda isə "Sumqayıt" "Zirə"ni qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Xatırladaq ki, turun ilk oyununda "Qarabağ" "Turan Tovuz" 3:0 hesabıyla məğlub edib. Tura sabah keçiriləcək "Səbail" – "Şamaxı" və "Neftçi" – "Sabah" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XI tur
22 oktyabr

"Qəbələ" – "Kəpəz" 1:1
Qol: İ.Alimi, 20 - F.Nəbiyev, 61.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. ürfan Abbasov, 14. ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 14. Elçin Əlicanov, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.

"Sumqayıt" – "Zirə" 0:2
Qol: R.Sadıxov, 16-pen. S.Taşkın, 72.
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
"Sumqayıt Arena", 18:30.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
Zirə: 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 44. Dmitrios çantakias, 5. Moiz Adileu, 7. Filipe Paxtman.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 26. Nemanya Andelkoviç.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest