Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə "Turan Tovuz" doğma azarkeşləri qarşısında "Səbail"i sınağa çəkib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Günün digər matçı mövsümün uğurlu komandalarından olan "Sabah"la "Zirə" arasında baş tutub. Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər.

Xatırladaq ki, ilk oyun günündə "Şamaxı" doğma meydanda "Qəbələ" ilə "sülh bağlayıb" – 1:1. Tura sabah keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
10-cu tur
15 oktyabr

"Turan Tovuz" – "Səbail" 2:2
Qol: R.Eva, 9-pen. H.Okebuqvu, 32 – F.Mazurek, 12. A.Ramazanov, 54.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu, 15:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 33. Eltun Turabov, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 22. Samir Abdullayev, 27. Emil Martinov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Mahmud Qurbanov.

"Sabah" – "Zirə" 1:0
Qol: E.Apeh, 72.
Qırmızı vərəqə: C.Diniyev, 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Masazır. "Bank Respublika Arena", 17:30.

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Zirə: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 5. Moiz Adileu, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest