Misli Premyer Liqasında bu gün 10-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Sonuncu pillədə qərarlaşan "Şamaxı" 15 xalla beşinci olan "Qəbələ"ni qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açsa da, meydan sahibləri buraxılan topun əvəzini çıxa biliblər. Beləcə, tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

X turun "Turan Tovuz" - "Səbail", "Sabah" - "Zirə" oyunları oktyabrın 15-də, "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" görüşləri isə oktyabrın 16-da baş tutacaq.

Misli Premyer Liqası
X tur
14 oktyabr

"Şamaxı" – "Qəbələ" 1:1
Qol: K.Quliyev, 75 - A.Nağıyev, 60-öz qapısına.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov.
Baş məşqçi: Vüqar Əsgərli.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 
4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest