Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulub. Matc.az xəbər verir ki, turun son matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib. Tovuz təmsilçisinin təxminən bir saat azlıqda oynadığı oyunda qələbəni qonaqlar bayram ediblər.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında "Zirə" "Kəpəz"ə 2:1, "Qarabağ" "Səbail"ə 3:1, "Neftçi" "Şamaxı"ya 1:0, "Sabah" isə "Sumqayıt"a 3:0 hesabıyla qalib gəlib.

Misli Azərbaycan Premyer Liqası
1-ci tur
8 avqust

Turan Tovuz – Qəbələ 0:2
Qol: İ.Alimi, 58-pen. R.Utziq, 63.
Qırmızı vərəqə: P.Marakvelidze, 31.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 17:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Quseynov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 5. Ben Aziz Dao.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 91. Ramon Maçado, 10. Omar Hani, 14. ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest