Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının I liqasında 2021/22 mövsümünə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın ilk turunun oyunları "Murov" voleybol klubunun idman zalında təşkil olunub.
 
Birincilikdə 10 komanda mübarizə aparacaq: "Həvəskarlar", "Murov", "Əlincə", "Veteranlar", "Ryuqa", "Aura", "Taleh-A.T.", "Azərbaycan Ali Hərbi Məktəbi", "Təhsil" və "Masallı".
 
1-ci liqanın açılış matçında "Həvəskarlar" "Təhsil" komandası ilə qarşılaşıb. Görüş "Təhsil"in qələbəsi ilə başa çatıb. Ardınca "Əlincə" və "Taleh-A.T." komandaları üz-üzə gəlib. Matçda birincilər 3 xala seviniblər.
 
"Masallı"nın "Ryuqa"ya tay-brekdə qalib gəldiyi gündə, "Azərbaycan Ali Hərbi Məktəbi" "Aura"nı quru hesabla məğlub edib.
 
Qeyd edək ki, I liqada komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca I Liqanın pley-off mərhələsi keçiriləcək.
 
A qrupu: "Murov" (gənclər), "Əlincə", "Təhsil", "Həvəskarlar", "Taleh-A.T."
 
B qrupu: "Masallı", "Veteranlar", "Ryuqa", "Azərbaycan Ali Hərbi Məktəbi", "Aura".
 
1-ci dövrə
26 dekabr
 
Həvəskarlar - Təhsil 0:3 (16:25, 10:25, 23:25)
Əlincə - Taleh-A.T. 3:0 (25:20, 25:23, 25:19)  
Ryuqa - Masallı 2:3 (25:20, 17:25, 25:23, 18:25, 14:16)
Azərbaycan Ali Hərbi Məktəbi - Aura 3:0 (25:9, 25:7, 25:15)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest