Braziliyanın "San-Paulo" klubu baş məşqçisi Ernan Krespo ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Buna komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən kollektiv cari mövsümdə keçirdiyi 25 oyunda cəmi 30 xal toplayıb və 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
 
Krespo bu ilin fevralında "San-Paulo"ya baş məşqçi təyin olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest