Türkiyə Argentina ilə qarşılaşıb. "Ay-ulduzlular" sürprizə imkan verməyiblər. Argentinanı 3:0 hesabı ilə məğlub edən Türkiyə ikinci qalibiyyəti aktivinə yazdırıb və qrupdakı son oyununun nəticəsindən asılı olmayaraq 1/4 finala çıxıb.

Tokio-2020-də voleybol yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin dördüncü turuna start verilib. Günün ilk matçında A qrupunda Dominikan Respublikası çətinlik çəkmədən Keniyaya qalib gəlib. ABŞ - ROK (Rusiya Olimpiya Komitəsi) görüşündə də eyni hesab qeydə alınıb. Gözlənilmədən ruslar amerikalı rəqiblərini məğlub ediblər.

 Türkiyə Argentina ilə qarşılaşıb. "Ay-ulduzlular" sürprizə imkan verməyiblər. Argentinanı 3:0 hesabı ilə məğlub edən Türkiyə ikinci qalibiyyəti aktivinə yazdırıb və qrupdakı son oyununun nəticəsindən asılı olmayaraq 1/4 finala çıxıb.

Beş set davam edən matçda Cənubi Koreya Yaponiyanı üstələyib. Günün mərkəzi qarşılaşmasında Serbiya və Braziliya üz-üzə gəliblər. Dünya çempionlarına cəmi bir set verən cənubi amerikalılar qələbə qazanaraq qrup liderliyinə yüksəliblər. İlk üç turda qələbə qazanan İtaliya isə Olimpiadada ilk dəfə məğlubiyyətlə üzləşib. "Mavilər" çinə uduzub - 0:3.

Qeyd edək ki, A qrupundan Braziliya, Serbiya və Cənubi Koreya, B qrupundan isə Türkiyə ilə yanaşı, İtaliya, Rusiya və ABŞ növbəti mərhələyə vəsiqəni təmin ediblər.

 

Voleybol (qadınlar)

Qrup mərhələsi

Dördüncü tur

 A qrupu

 

Dominikan Respublikası - Keniya - 3:0 (25:19, 25:18, 25:10)

 Serbiya - Braziliya - 1:3 (20:25, 16:25, 25:23, 19:25)

 Yaponiya - Cənubi Koreya - 2:3 (19:25, 25:19, 22:25, 25:15, 14:16)

 

Turnir cədvəli: 1. Braziliya (4-0 / 11 xal), 2. Serbiya (3-1 / 9), 3. Cənubi Koreya (3-1 / 7), 4. Dominikan Respublikası (1-3 / 5), 5. Yaponiya (1-3 / 4), 6. Keniya (0-4 / 0).

 

B qrupu

 ABŞ - ROK (Rusiya Olimpiya Komitəsi) - 0:3 (20:25, 12:25, 19:25)

 Argentina - Türkiyə - 0:3 (23:25, 20:25, 18:25)

 çin - İtaliya - 3:0 (25:21, 25:20, 26:24)

 

Turnir cədvəli: 1. İtaliya (3-1 / 9), 2. Rusiya (3-1 / 8, 3. ABŞ (3-1 / 8, 4. Türkiyə (2-2 / 7), 5. çin (1-3 / 4), 6. Argentina (0-4 / 0).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest