Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abdulazimova Avropa çempionatına hazırlıqdan danışıb. Matc.az xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Avropa çempionatına hazırlıq davam edir. Mingəçevirdə və Bakıdakı məşqlərimiz geridə qaldı. Qarşıda bizi Avropa  çempionatına hazırlığın son mərhələsi gözləyir. Bakıda təlim-məşqlərlə bərabər 4 yoxlama oyunu oynadıq. Hazırlığımız Yunanıstanda davam edir. Qarşıda bizi daha bir neçə yoxlama oyunu gözləyir. Avropa çempionatında iştirak edən hər bir komanda kimi, bizim də məqsədimiz qələbə qazanmaqdır. Əsas məqsədimiz isə qrup mərhələsini keçməkdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest