"Napoli"nin prezidenti Aurelio De Laurentis baş məşqçi Karlo Ançelottinin ünvanına tərif "yağdırıb". Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, Ançelottini sabiq çalışdırıcıları Mauritsio Sarri ilə də müqayisə edib.

De Laurentisin fikrincə, Sarridən fərqli, Ançelotti işinə daha peşəkar yanaşır: "Ançelotti variantı necə yarandı? Onunla illərdi telefonla söhbətləşirdik. Onun balanslı işi mənim qərarıma təsir etdi. üstəlik, müqaviləsinə artıq bəndlər də saldırmadı. Bu həftənin əvvəlində mənə zəng vurub dedi ki, burda 6 il də qala  bilərəm. Bu sözlərdən qürur duydum. Karlo ilə hər şeyi dost kimi müzakirə edirik. Sarrinin də belə olacağını düşünürdüm. Onun burda uzun müddət qalacağına inanırdım. Müqaviləsinin sonuna hələ iki il vaxt qalmışdı. Lakin Sarrini yalnız pul maraqlandırır".

Qeyd edək ki, bu yay Mauritsio Sarri "çelsi"nin, Karlo Ançelotti isə "Napoli"nin "sükanı arxası"na keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest