Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Aç-2021-in seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.
 
Matc.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Monteneqroda təşkil olunan 2-ci dövrənin 3-cü matçında Gürcüstan voleybolçuları ilə qarşılaşıb.
 
Podqoritsadakı "Verde" İdman Kompleksində baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qrupun digər oyununda lider Yunanıstanla (14 xal) ikinci pillədə qərarlaşmış Monteneqro (13 xal) üz-üzə gələcək. Azərbaycan millisi isə qrup mərhələsini 6 xalla üçüncü pillədə başa vurub. Gürcüstan yığması seçmə mərhələni xalsız və sonuncu yerdə bitirib.
 
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə Aç-2021-ə vəsiqə qazanacaq.
 
Aç-2021-in seçmə mərhələsi
F qrupu
16 may
 
Azərbaycan – Gürcüstan 3:0 (25:13, 25:17, 25:17)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest