"Qarabağ"ın Avropa Liqasının (AL) qrup mərhələsindəki rəqibi "Vorskla"da yarımmüdafiəçi Aleksandr Kobaxidzenin durumuna aydınlıq gəlib. Matç.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, gürcüstanlı futbolçu əməliyyat olunub.

Avropa Liqasında "Arsenal"la qarşılaşmada zədələnən oyunçu bu gün cərrah bıçağı altına uzanıb. Klubun rəsmi saytında əməliyyatın uğurlu keçdiyini yazılıb. 30 yaşlı oyunçu bu il meydana çıxa bilməyəcək. Kobaxidzenin "Qarabağ"la görüşləri buraxacağı isə öncədən bilinirdi.

Qeyd edək ki, "Qarabağ"la "Vorskla" arasında ilk oyun oktyabrın 25-də Bakıda, ikinci görüş isə noyabrın 9-da Poltavada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest