İtaliyanın "Yuventus" klubunun futbolçusu Merih Demiral koronavirusdan sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
23 yaşlı müdafiəçinin son iki koronavirus testinin nəticəsi mənfi olub.
 
Türkiyəli futbolçu bu gündən komandanın məşqlərinə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest