Azərbaycan voleyboluna ağır itki üz verib.
 
Matc.az xəbər verir ki, sabiq SSRİ-nin 10 ən yaxşı hakimindən biri hesab olunan, İttifaq çempionatlarından daha sonra Azərbaycan çempionatlarını idarə etmiş hakim Rəmzi Yusubov uzun sürən xəstəlikdən vəfat edib. 
 
Azərbaycan Voleybol Federasiyasının kollektivi, voleybol ictimaiyyəti Rəmzi Yusubovun vəfatından kədərləndiyini bildirib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaxınlarına səbir diləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest