Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib. 
 
Matc.az xəbər verir ki, həmyerlimiz Türkiyədə Burhan Felek Voleybol Salonunda qadın voleybolçular arasında "Yeşilyurt" (Türkiyə) -  "Alba" (Rumıniya) klublarının ikinci final qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. 
 
Çelenc kuboku uğrunda görüş martın 24-də baş tutacaq.
 
Qeyd edək ki, görüşün hakimləri italiyalı Vaqni İlaria və həmyerlimiz Konstantin Selindir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest