Eldar Əliyev kişi voleybolçular arasında "Ziraat Bankası" (Türkiyə) - "Allians" (İtaliya) cavab matçının ikinci hakimi olacaq. Görüş Ankarada Başkent Voleybol salonunda baş tutacaq. Qarşılaşmanın birinci hakimi isə bolqarıstanlı Georgiev İlian olacaq.

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlərə növbəti təyinat göndərib.
 
Matc.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyevlə Konstantin Selin martın 24-də "Çağırış kuboku"nun final matçlarını idarə edəcəklər. 
 
Eldar Əliyev kişi voleybolçular arasında "Ziraat Bankası" (Türkiyə) – "Allians" (İtaliya) cavab matçının ikinci hakimi olacaq. Görüş Ankarada Başkent Voleybol salonunda baş tutacaq. Qarşılaşmanın birinci hakimi isə bolqarıstanlı Georgiev İlian olacaq.  
 
Digər beynəlxalq dərəcəli hakimimiz Konstantin Selin isə Türkiyədə Burhan Felek Voleybol salonunda qadın voleybolçular arasında "Yeşilyurt" (Türkiyə) -  "Alba" (Rumıniya) klublarının ikinci final qarşılaşmasında hakimlik edəcək. Matçda birinci hakim italiyalı Vaqni İlaria yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest