Keşlə" ilə oyunun sonlarında zədələnmişdi. Həkim müayinəsindən sonra 2-3 həftəlik sıradan çıxdığı müəyyənləşdi. Yəqin ki, millinin oyunları ilə bağlı yaranacaq fasilədə tam bərpa olacaq"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Qəbələ səfəri hər zaman çətin olur. Bu, hər bir komandaya aiddir. Hava durumu bir qədər ağır olur. İlk hissədə həqiqətən çətin idi. Amma fasiləyədək yaxşı epizodlar yaxalamışdıq. Futbcularımız sonadək əzmkar mübarizə apardı. Hesab edirəm ki, 1 xal hər iki komandanın aktivinə yazılmalıdır. Bu matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq. Peyman Keşavarz və Hendrik Ekşteynsiz bizə çox çətin idi. Amma 1 xalı qazanmağı bacardıq".
 
Baş məşqçi Ruslan Hacıyevin qırmızı vərəqə aldığı epizodu da şərh edib: "Ruslan hücumda effektiv olsa da, müdafiədə bunu edə bilmir. Gəncdir, bu cür epizodları ona bağışlamaq olar. Xeyli vaxt idi start heyətində meydana çıxmırdı".
 
Hacıyev Ekşteynin oynamamasının səbəbini də açıqlayıb: "Keşlə" ilə oyunun sonlarında zədələnmişdi. Həkim müayinəsindən sonra 2-3 həftəlik sıradan çıxdığı müəyyənləşdi. Yəqin ki, millinin oyunları ilə bağlı yaranacaq fasilədə tam bərpa olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest