Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Gəncədə “Kəpəz”lə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Sadiq Şəfiyev fərqlənib.
 
Xatırladaq ki, U-17 millimiz daha öncə “Turan Tovuz”a 2:0 hesabıyla qalib gəlmiş və “Qəbələ”nin U-19 komandasına 2:3 hesabıyla uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest