Kataloniya polisi İspaniyanın “Barselona” klubunun binasında axtarış aparıb.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, bu gün bir neçə polis əməkdaşının iş saatı başlamadan “Barselona”nın binasına girərək, ofislərdə axtarış apardığı bildirilib.
 
Polislər ofisdə olarkən işçilər içəri buraxılmayıb. Araşdırmanın təfərrüatları isə məlum deyil.
 
“Barselona”nın sabiq prezidenti Xosep Maria Bartomeu da saxlanılıb. 58 yaşlı keçmiş funksionerin bu gün səhər saatlarında saxlanıldığı bildirilib. Bartomeu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada ittiham edilir.
 
Bartomeu ilə yanaşı, “Barselona” klubunun baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomes Ponti və keçmiş direktor Xaume Masferrer də saxlanılıb.
 
Bartomeu ötən ilin oktyabrında prezident postundan istefa vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest