26 Fevral 2021, 22:18
FUTBOL
“Mançester Yunayted” Avropa Liqasının 1/16 final mərhələsinin İspaniya “Real Sosyedad”ı ilə cavab oyunundan heç-heçə ilə ayrıldı.
Matc.az xəbər verir ki, 0:0 hesabıyla bitən matçda iştirak edən “qırmızı şeytanlar”ın futbolçusu Şola Şoretayr klubun tarixinə düşüb.
76-cı dəqiqədə oyuna girən Şola, “Mançester Yunayted”in avrokuboklarda iştirak edən ən gənc futbolçusu olub. Yarımmüdafiəçi “Real Sosyedad”la oyuna çıxan zaman 17 yaş 23 günlüyündə idi.
İlk oyunda “Real Sosyedad”ı 4:0 hesabıyla məğlub edən “Mançester Yunayted” 1/8 final mərhələsinə vəsiqə qazanıb.