"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edə bilməyib.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edə bilməyib.
 
Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qəbələ səfəri həmişə ağır keçib. Bizi nəyin gözlədiyini bilirdik. Futbolçularımızı buna uyğun hazırlamışdıq. Amma rəqib bizdən daha istəkli görünürdü. Komandam yaxşı oynamadı. Bunun üzərində işləməliyik. çempionat daha da gərginləşir. Hər xal vacibdir. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Onlardakı istək, aqressiya bizdəkindən üstün idi. Təbii ki, bu cür komanda ilə oyunlarda çox epizoda girə bilmirsən. Amma qol imkanlarımız oldu".
 
Baş məşqçi oyunun referisi Səbuhi Bayramovun idarəçiliyinə də toxunub: "Əslində ilk hissənin ortalarınadək hakimlikdən narazı deyildik. Meydandakı səs-küy bizim komandaya aid deyildi. Sadəcə, matçın sonlarında rəqibin oyunu gecikdirməsinə etiraz etdik. ümumi götürsək, idarəçilik normal idi. Böyük səhvlər olmadı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest