İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" xorvat hücumçu Mario Mandzukiçi transfer edib.
 
Bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 35 yaşlı forvardla 6 ay+1 illik müqavilə imzalanıb.
 
Mandzukiçin "Milan"dakı forma nömrəsi də artıq bəlli olub. Xorvatiya yığmasının sabiq hücumçusu yeni klubunda 9 nömrəli formada mübarizə aparacaq.
 
Qeyd edək ki, Mario Mancukiç daha əvvəl İtaliyada "Yuventus"un şərəfini qoruyub. O, həmçinin Almaniyada "Volfsburq" və "Bavariya", İspaniyada "Atletiko"nun uğurları üçün çalışıb. Hücumçu son olaraq Qətərin "Əl-Duhail" komandasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest