“Bavariya”nın hücumçusu Robert Levandovski daha bir rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, polşalı forvard Bundesliqanın 16-cı turu çərçivəsində “Frayburq”la oyunda (2:1) hesabı açmaqla cari mövsümdəki növbəti qolunu vurub.
 
32 yaşlı futbolçu bununla da Almaniya çempionatındakı qollarının sayını 21-ə çatdırıb. Bu, Bundesliqa tarixində rekord göstəricidir. İndiyədək heç kim mövsümün ilk yarısında 21 qol vurmamışdı.
 
Xatırladaq ki, Levandovski FİFA və UEFA-nın ən yaxşı oyunçusu adını qazanıb, “Globe Soccer Awards” mükatına layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest