PSJ-nin sahibi və prezidenti Nasser Əl-Xəlaifi Fransanın hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Bildirilir ki, Əl-Xəlaifi eyni zamanda Fransa Peşəkar Futbol Liqası (LFP) və "beIN Media France" şirkətinə rəhbərlik edir. Sözügedən şirkət DAZN ilə birlikdə Liqa 1-in yayım hüquqlarını satın alıb. Bu müqavilədən əvvəl isə liqa rəhbərliyi matçların yayımı üçün öz striminq platformasını yaratmağı planlaşdırırdı.
"Anticor" antikorrupsiya təşkilatı yayım hüquqlarının məhz bu şirkətə satılması qərarının Əl-Xəlaifinin təsiri altında verildiyini iddia edir və burada maraqların toqquşmasını görür. Təşkilatın müraciətindən sonra Paris prokurorluğu ilkin araşdırmaya başlayıb və iş Maliyyə Korrupsiyası ilə Mübarizə Briqadasına həvalə edilib.
Qeyd edək ki, UEFA Əl-Xəlaifinin FİFA prezidentliyinə mümkün namizədliyini də nəzərdən keçirir.













