Tanınmış Fransa futbol klubu "Bordo" ləğv olunmaq təhlükəsindən xilas ola bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, Amerikanın "Park Bench" fondu klubu satın almağa çox yaxındır. Yeni sahiblər klubu hazırkı rəhbər Jerar Lopesdən satın almalı və 10,6 milyon avro məbləğində maliyyələşməni təmin etməlidirlər. Bu addım klubun məhkəmə qaydasında ləğv edilməsinin qarşısını alacaq.
"Bordo" əvvəlki iki mövsümü Fransanın dördüncü güclü divizionunda keçirib, bu ilin yayında isə klub regional liqalar səviyyəsinə qədər endirilib.
Cari mövsümdə komanda hələ də heç bir rəsmi matç keçirməyib. Fransa Kubokunda sentyabrın 20-də "Sent"ə qarşı baş tutmalı olan oyun da təxirə salınmaq təhlükəsi altındadır.
Xatırladaq ki, 2024-cü ildə "Bordo" böyük borcları səbəbindən müflis elan edilib. Vaxtilə Zinəddin Zidanın da şərəfini qoruduğu əfsanəvi Fransa klubu peşəkar statusunu itirib. Bu ilin aprelində isə altıqat Fransa çempionu üç "transfer pəncərəsi" müddətinə transfer qadağası ilə cəzalandırılıb.













