AFFA-nın Futzal və Çimərlik futbolu departamenti tərəfindən gənc futzal istedadlarının müəyyənləşdirilməsi məqsədilə seleksiya xarakterli məşqlər təşkil olunacaq.
AFFA-nın Futzal və Çimərlik futbolu departamenti tərəfindən gənc futzal istedadlarının müəyyənləşdirilməsi məqsədilə seleksiya xarakterli məşqlər təşkil olunacaq.
Matc.az xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 2008–2010-cu il təvəllüdlü futzala maraq göstərən gənclər sentyabrın 24-ü, 25-i və 26-sı saat 14:00-dan 16:00-dək "Olimpik Star" İdman Kompleksində keçiriləcək seleksiya məşqlərində iştirak edə bilərlər.
Seleksiya məşqləri gənclərin bacarıqlarını nümayiş etdirməsi və məşqçilər heyətinin diqqətini cəlb etməsi üçün imkan yaradacaq.
Məşqlərdə iştirak etmək istəyənlendaftan qeyd olunan tarix və saatlarda "Olimpik Star" İdman Kompleksində olmaları xahiş olunur.













