"Barselona" 2025/26 mövsümünün maliyyə hesabatlarını və 2026/27 mövsümü üçün büdcəsini təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ötən mövsümün nəticələrinə görə, Kataloniya klubu tarixində ilk dəfə 1 milyard həddini keçərək rekord həcmdə – 1,06 milyard avro adi gəlir əldə edib. Bununla belə, klub maliyyə ilini 18 milyon avro zərərlə başa vurub.
"Barselona" 2026/27 mövsümü üçün isə 1,195 milyard avro dəyərində rekord gəlir proqnozlaşdırıb. Klub bütün mövsüm boyu "Kamp Nou" stadionuna geri qayıtması sayəsində əlavə olaraq təxminən 60 milyon avro qazanmağı hədəfləyir.
Xərclərin 111 milyon avro artacağı gözlənilsə də, klub mövsümü 1 milyon avro xalis mənfəətlə bitirməyi planlaşdırır.
Maliyyə hesabatları Assambleya iştirakçılarının 88 faiz səs çoxluğu ilə qəbul edilib.













