Hazırda "Mançester Yunayted"in baş məşqçi Maykl Kerrikə əvəzləyici axtardığına dair heç bir əlamət yoxdur.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, 45 yaşlı mütəxəssisin "qırmızı şeytanlar"ın düşərgəsindəki işi təminat altındadır. Mankunianlıların idman direktoru Ceyson Uilkokss klubda sabitliyin tərəfdarıdır və məhz onun qərarı Kerrikin gələcək taleyini müəyyənləşdirə bilər.
Sentyabrın 16-da "Mançester Yunayted" Liqa Kubokunun 1/16 final mərhələsində "Brayton"a 2:3 hesabı ilə məğlub olub. Görüşün gedişində Kerrikin yetirmələri 2:0 hesabı ilə öndə olublar.
Qeyd edək ki, İngiltərə çempionatında geridə qalan 4 turdan sonra 4 xal toplayan "qırmızı şeytanlar" turnir cədvəlində 13-cü pillədə qərarlaşıblar.













