Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Lider “Bavariya” bu tur çərçivəsində “Frayburq”u qəbul edib və çətin qələbəyə sevinib.
 
Heyətini “Real”ın hücumçusu Luka Yoviçlə gücləndirən “Ayntraxt” (Frankfurt) isə bu tur çərçivəsində “Şalke”ylə üz-üzə gəlib. Frankfurt klubu məhz Yoviçin dublu sayəsində bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
Almaniya Bundesliqası
16-cı tur
15 yanvar
 
Union Berlin – Bayer 1:0
Qol: Toyxert, 88.
 
16 yanvar
 
Hoffenhaym – Arminiya 0:0
 
Köln – Herta 0:0
 
Volfsburq – Leyptsiq 2:2
Qol: Veqorst, 22. Şteffen, 35 – Mukiele, 5. Orban, 54.
 
Verder – Auqsburq 2:0
Qol: Selassie, 84. Aqu, 87.
 
Borussiya (Dortmund) – Maynts 1:1
Qol: Munye, 73 – L.Öztunalı, 57.
 
Ştutqart – Borussiya (Münhenqladbax) 2:2
Qol: N.Qonsales, 58. Vamanqituka, 90+6-pen – Ştindl, 35-pen. Zakaria, 61.
 
17 yanvar
 
Bavariya – Frayburq 2:1
Qol: Levandovski, 7. Müller, 74 – Petersen, 62.
 
Ayntraxt – Şalke 3:1
Qol: A.Silva, 28. Yoviç, 72; 90+1 – Hoppe, 29.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest