Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Səfərdə "Bursaspor"la qarşılaşan "Antalyaspor" darmadağınla 1/4 finala yüksəlib. "Sivasspor" "Adana Dəmirspor"la görüşdən qalib ayrılıb. "Qalatasaray" isə "Yeni Malatyaspor"la üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Qalatasaray" növbəti mərhələyə yüksəlib.
 
Türkiyə Kuboku
1/8 final
12 yanvar
 
Bursaspor – Antalyaspor 0:3
 
Sivasspor - Adana Dəmirspor 2:1
 
Yeni Malatyaspor – Qalatasaray 1:1 (penaltilər 6:7)
 
13 yanvar
 
16:45. Konyaspor - Qaziantep
19:45. Tuzlaspor - Başakşəhər
21:45. Beşiktaş - Rizəspor
 
14 yanvar
 
19:45. Alanyaspor - Ərzurumspor
21:45. Fənərbaxça – Kasımpaşa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest