Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Gol Gohar”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Təbrizin daha məşhur “Traktor” klubu bu tur səfərdə “Mes Rafsancan”la qarşılaşacaq.
 
Dörd turdan sonra 2 xalı olan “Traktor” 16 kollektiv arasında 13-cü, 1 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest