Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Turun açılış matçında “İnter” səfərdə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Sassuolo”nun qonağı olub və rəqibini darmadağın edib. “Yuventus” “Benevento”nun qonağı olub. Turin təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Atalanta” isə “Verona”nı sınağa çəkib. Meydan sahibləri bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər.
 
İtaliya A Seriyası
9-cu tur
28 noyabr
 
Sassuolo – İnter 0:3
Qol: A.Sançes, 4. Kirikeş, 14-öz qapısına. Qalyardini, 60.
 
Benevento – Yuventus 1:1
Qol: Letizia, 45+3 – Morata, 21.
 
Atalanta – Verona 0:2
Qol: Veloso, 62-pen. Zakkayni, 83.
 
29 noyabr
 
15:30 Latsio – Udineze
18:00 Milan – Fiorentina
18:00 Bolonya – Krotone
21:00 Kalyari – Spetsiya
23:45 Napoli – Roma
 
30 noyabr
 
21:30 Torino – Sampdoriya
23:45 Cenoa – Parma

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest