“Liverpul” İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində öz meydanında “Lester”ə 3:0 hesabı ilə qalib gəlib.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu oyunda “qırmızılar”ın ikinci qolunu vuran Dioqo Jota rekorda imza atıb.
 
Belə ki, portuqaliyalı Premyer Liqada “Liverpul”un heyətində doğma meydanda ilk 4 oyunda qol vurmağı bacaran ilk futbolçu olub.
 
“Liverpul” Jotanı bu yay “Vulverhempton”dan 43 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest