İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində "Lester"ə 3:0 hesabı ilə qalib gələn "Liverpul" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "qırmızılar"ın futbolçusu Nabi Keyta zədələnib. 
 
Oyuna start heyətində başlayan 25 yaşlı futbolçu matçın 54-cü dəqiqəsində zədələnib və meydanı erkən tərk edib. 
 
Keytanın əzələsindən zədə aldığı bildirilir. Onun hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest