2018-ci ilin ən yaxşı afrikalı futbolçusunun adına aydınlıq gəlib. Matç.az xəbər verir ki, BBC-nin keçirdiyi sorğunun nəticələrinə görə "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah qitənin ən yaxşısı seçilib.

O, ardıcıl 2-ci dəfə bu mükafata yiyələnib. Hücumçunun bu dəfəki uğurunda 32 qolla Premyer Liqanın ən yaxşı bombardiri olması rol oynayıb.

Salah səsvermədə "Yuventus"un mərakeşli müdafiəçisi Mehdi Benatia və "Napoli"nin seneqallı arxa xətt oyunçusu Kalidu Kulibalini, "Atletiko"nun qanalı yarımmüdafiəçisi Tomas Parti və "Liverpul"dakı seneqallı komanda yoldaşı Sadio Maneni  qabaqlayıb.

Qeyd edək ki, Salah "Liverpul"a 2017-ci "Roma"dan keçib. Onun transferi 42 milyon avroya başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest