Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
“Nyukasl” aşağı liqa təmsilçisi “Nyuport”u yalnız penaltilər seriyasında məğlub edib. “Mançester Siti” səfərdə “Bernli” üzərində böyükhesablı qələbə qazanıb. Mançesterin digər klubu, “Brayton”un qonağı olan “Mançester Yunayted” də həmşəhərliləri kimi üç cavabsız qolla 1/4 finala yüksəlib. “Everton” isə “Vest Hem”lə qarşılaşmada darmadağına sevinib.
 
Qeyd edək ki, ilk oyun günündə “Tottenhem” “Çelsi” üzərində qələbə ilə 1/4 finala yüksəlmişdi.
 
İngiltərə Liqa Kuboku
1/8 final
29 sentyabr
 
Tottenhem – Çelsi 1:1 (penaltilər 5:4)
 
30 sentyabr
 
Nyuport – Nyukasl 1:1 (penaltilər 4:5)
 
Bernli - Mançester Siti 0:3
 
Brayton - Mançester Yunayted 0:3
 
Everton - Vest Hem 4:1
 
1 oktyabr
 
20:30. Brentford - Fulhem
22:00. Aston Villa - Stok Siti
22:45. Liverpul – Arsenal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest