Qanada avtobus qəzası nəticəsində 8 futbolçu ölüb.
 
Matc.az xəbər verir ki, hadisə Aşanti bölgəsində, sentyabrın 18-də baş verib.
 
"Afrikan Vizion" klubunun gənc futbolçularını daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində çaya düşüb. Altı futbolçu hadisə yerindəcə ölüb, 2-si isə xəstəxanada keçinib. Daha 4 futbolçunun da vəziyyəti ağırdır.
 
Hadisə 12-15 yaş aralığında olan futbolçuların gənclər liqasında oynamaq üçün qeydiyyatdan keçməyə getdikləri zaman baş verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest