"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhləsindəki rəqibi "Laçi" heyətini gücləndirib. Matc.az "panoroma.com" saytına istinadən xəbər verir ki, komanda Albaniya klubu "Devolli"nin yarımmüdafiəçisi Kleydi Raponu transfer edib.

Məlumata görə, 26 yaşlı oyunçu "Partizan"ın da maraq dairəsində olub. Lakin yarımmüdafiəçi "Laçi"yə keçməyə üstünlük verib. O, 2017-ci ildən bəri aşağı liqa təmsilçisində çıxış edib.

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" – "Laçi" oyunu saat 21:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest