"Sumqayıt"la müqavilə başa çatan Əmir Ağayev karyerasını ölkəsi İsraildə davam etdirə bilər.  Matc.az ONE nəşrinə istinadən xəbər verir ki, "Makkabi" (Netanya) 28 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Komandanın yarımmüdafiə xəttini gücləndirmək niyyətində olduğu bildirilir. Heyətə cəlb edilmək istənilən futbolçular arsında Ağayevin də adı var.

Qeyd edək ki, "Sumqayıt"la da danışıqları davam etdirən futbolçunu klubun təklif etdiyi müqavilə şərtləri qane etmir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest