Fransanın "Sent Etyen" klubunun bir futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, adı açıqlanmayan oyunçu karantinə alınıb.

Komanda bu gün Almaniyanın "Herta" (Berlin) klubu ilə yoxlama görüşü keçirməli idi. Ancaq oyun təhlükəsizlik səbəbindən ləğv edilidi. 

Xatırladaq ki, pandemiya səbəbindən Fransa çempionatı vaxtından əvvəl başa çatıb. 28 turdan sonra turnir cədvəlində birinci yerdə olan PSJ çempion elan edildi. "Sent Etyen" isə mövsümü 17-ci pillədə tamamladı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest