Fransanın “Strasburq” klubunun 4 futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, test nəticələri müsbət cavab verən şəxslər əsas heyət üzvləridir.
 
Dörd gün öncə komandanın 5 futbolçusunun da infeksiya aşkarlanıb. Bu səbəbdən azarkeşlərlə görüş ləğv olunmuşdu.
 
Yoluxan futbolçular izolyasiya olunub və 14 günlük karantinə alınıb. Avqustun 8-də “Reyms”ə qarşı keçirilməli olan yoxlama görüşü də ləğv edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest