"Boka Xuniors" və "River Pleyt" arasındakı Libertadores kubokunun finalının cavab görüşü Madriddə keçiriləcək. Matç.az saytı xəbər verir ki, yarışın təşkilatçısı KONMEBOL bu qərarı rəsmən açıqlayıb.

Bildirilib ki, qarşılaşma dekabrın 9-da "Real"ın stadionu olan "Santyaqo Bernabeu"da keçiriləcək və Bakı vaxtı ilə 23:30-da start götürəcək. Həmin oyunda hər iki komandanın azarkeşləri iştirak edə biləcək.

Ancaq "Boka Xuniors" rəhbərliyi bu qərarla razı deyil. Onlar rəqibin diskvalifikasiya olunmasını tələb edir. "Boka" rəhbərliyi əks təqdirdə təşkilatçılara Madriddəki oyuna yollanmamaqla xəbərdarlıq edib.

Qeyd edək ki, "Boka Xuniors"un meydanında keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib. Azarkeşlərin hücumu səbəbindən cavab matçı təxirə salınmışdı. Buna görə "River Pleyt" 400 min avro cərimələnmişdi. Həmçinin komanda növbəti iki ev oyununu azarkeşsiz keçirməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest