Avstriyada koronavirus pandemiyasına görə yaranan məcburi fasilə başa çatıb.
 
Matc.az xəbər verir ki, ötən gün bu ölkədə kubokun final qarşılaşması baş tutub.
 
Həlledici oyunda "Zalsburq" və "Austriya" komandaları üz-üzə gəlib. Rəqibini 5 cavabsız qolla məğlub edən "Zalsburq" tarixində 7-ci dəfə Avstriya kubokunun qalibi olub.
 
Mövsümün başa çatmasına 10 tur qalan Avstriya Bundesliqasının isə iyunun 2-dən etibarən bərpa edilməsi nəzərdə tutulur. Oyunlara azarkeş buraxılmayacaq. Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest