İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin gənc futbolçusu Joao Feliks sıradan çıxıb.
 
Portuqaliya millisinin üzvü sol dizindəki ağrılarla əlaqədar Navarradakı klinikalardan birində ətraflı müayinədən keçirilib.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, müayinə 20 yaşlı portuqaliyalının dizində medial kollektor bağlarının yüngül dərəcəli zədələndiyini müəyyən edib. Bu üzdən də onun bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılmış İspaniya La Liqasının iyundan bərpası gözlənilir. Mövsüm bərpa olunacağı halda Joao Feliksin komandasına kömək etməsi sual altındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest